:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyanın hərbi polisləri Serakib şəhərinə girdi

Font

Rusiya Müdafiə Nazirliyi hərbi polis bölmələrini günlərdir davam edən gərgin qarşıdurmaların olduğu İdlibin Serakib şəhərinə göndərildiyini açıqladı.

Bu barədə Rusiya MN-nin açıqlamasında deyilir:

""Hərbi qüvvələr M4 - M5 avtomobil yollarında nəqliyyat vasitələrinin və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini və maneəsiz hərəkət etmə qabiliyyətini nəzərə alaraq martın 2-də, saat 17.00-da Serakib şəhərinə daxil oldular".

Qeyd edək ki, Rusiya Müdafiə nazirliyinin açıqlamasından sonra hələlik Türkiyə bu məsələyə şərh verməyib.