:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda dəhşətli qəzada ölənlər və yaralananların ADLARI bilindi -VİDEO

Font

Bakıda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlər və yaralananların adları məlum olub.

Qeyd edək ki, saat 23 radələrində Ziya Bünyadov prospekti, üzü Koroğlu metrostansiyası istiqamətində, "Hyundai" və "Tofaş" markalı avtomobillər arasında baş verən qəzada iki nəfər ölüb, bir nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.

Trend-in məlumatına görə, ölənlərdən biri əvvəllər məhkumluq həyatı yaşamış "Hyundai" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Qardaşxanov Sadiq Cabir oğlu, digəri isə "Tofaş" markalı avtomobilin sürücüsü Şamaxı sakini 1984-cü il təvəllüdlü Dəmirov Namiq Nadir oğludur.

Xəsarət alan 1994-cü il təvəllüdlü Əhmədov Cavid isə hazırda reanimasiya şöbəsində müalicə alır.