:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AZAL Tehrana uçuşları dayandırdı

Font

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi "Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin "İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.