:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İrandan gələn iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

Font

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Virusa yoluxmuş 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı bir gün Tehranda, üç gün Təbrizdə olub. Xəstəxanaya daxil olan digəri isə 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Qum şəhərindən gəlib.