:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tokio-2020 ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Font

Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, respublikanın idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları iştirak ediblər.

İmzalanma mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığını dəyərləndirib. O, idmançıların Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mühüm idman tədbirlərinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin köməkçisi kimi qiymətləndirib.

Əməkdaşlığa dair memorandumları Çingiz Hüseynzadə, "Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz MMC”nin direktoru Rəşad Saracov və "Go Sport” brendinin rəsmi təmsilçisi – "Blue Planet Distribution MMC”nin direktoru Səbinə Qazı-zadı imzalayıblar. İmzalanmış sənədlərə əsasən, hər üç tərəfdaş şirkət 2 il ərzində - 2021-ci ilin sonunadək Milli Olimpiya Komitəsinin və Milli Olimpiya komandasının məğrur tərəfdaşları kimi çıxış edəcəklər.

Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust tarixində keçiriləcək.