:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əbülfəs Qarayev: “Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq”

Font

"Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı kütləvi mədəni tədbirlərin keçirilməsinə hansısa məhdudiyyətin qoyulması əsassızdır”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

"Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlansa, sözsüz ki, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər", - nazir əlavə edib.

Nazir xatırladıb ki, sərhəd keçid məntəqələrində bütün lazımi yoxlamalar həyata keçirilir:

"Yenə də hesab edirəm ki, hansısa tədbirin keçirilməsinə məhdudiyyət qoymağa əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən ölçülər götürülür və kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır”.