:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nikahı olmayanlar birlikdə eyni uşağı övladlığa götürə bilməz

Font

Övladlığagötürmənin hansı hallarda yol verilmədiyi açıqlanıb.

Prezident İlham Əliyevin "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. Eyni zamanda aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə də icazə verilmir.