:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur

Font

Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Hazırda tunellərdə qalan qatar yoxdur.

B. Məmmədov deyib ki, qatarlar dizel generatorların qoşulması sayəsində tunellərdən stansiyalara çıxarılıb və sərnişinlər təxliyə olunub: "Gərginliklə bağlı problem olan sahə yoxlandıqdan sonra qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunacaq".

***

Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından "Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.

Əlavə məlumat veriləcək.