:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Real Madrid” doğma meydanında “Mançester Siti”yə məğlub oldu

Font

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

"Real Madrid” "Santyaqo Bernabeu" stadionunda keçirilən matçda "Mançester Siti"yə 1:2 hesabı ilə məğlub olub.

Fransada "Lion”un qonağı olan Turinin "Yuventus” klubu da minimal hesabla uduzub.

Qeyd edək ki, cavab görüşləri martın 17-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: İsko, 60 - Qabriel Jesus, 78. Kevin de Bruyne, 83 (pen.)

Qırmızı vərəqə: Serxio Ramos, 86 ("Real Madrid")

"Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 1:0

Qol: Lüka Tuzar, 31