:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident İlham Əliyev: “Azərbaycan Türkiyənin haqq işini daim dəstəkləyir”

Font

"Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır: "Bizim birliyimiz əbədidir. Bu möhkəm təməl üzərində biz öz gələcəyimizi qururuq. Ona görə də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası xüsusi əhəmiyyətə malikdir. Çünki dünya miqyasında bir-birinə yaxın olan ölkələr bu gün öz gələcək iş birlikləri, əməkdaşlıqları barədə qərar qəbul ediblər”.

İlham Əliyev: "Azərbaycan Türkiyədən müasir silahlar almağa davam edəcək”

"Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti deyib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: "Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.


Azərbaycan Prezidenti: "Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir”

"Ermənistanın qeyri-konstruktiv və qeyri-qənaətbəxş mövqeyi münaqişənin həlli üçün əsas maneədir”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir: "Gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər ki, Dağlıq Qarabağ nədir. Bilmirlərsə, biz deyə bilərik. Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir: "Bir daha buna görə öz təşəkkürümü bildirirəm”.