:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ən böyük arzumuzdur”

Font

"Biz Azərbaycanın uğurları ilə iftixar edirik”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, 20 il əvvəlki Azərbaycanla bu günkü Azərbaycanın arasında böyük fərq var: "Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu gün inkişaf edən bir Azərbaycan var. Enerjidən kənar sahələrinin 3 faiz böyüməsi, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyil. Azərbaycanın bu sahədə inkişafı davam etdirəcəyinə inanıram”.

R. T. Ərdoğan qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında 14 sənəd imzalanıb: "Bunlardan ən önəmlisi tərcihli (preferensial) ticarətdir. Xüsusən Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir. İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək. 160 kilometrlik qaz xəttinin çəkilişi ilə Naxçıvanın qaz təminatı yüksək səviyyədə təmin olunacaq. Bu layihələr sürətlə həyata keçiriləcək”.

Ərdoğan: "Azərbaycanla həmrəyliyimiz terrorla mübarizədə də davam edir”

"Həmrəyliyimiz terrorla mübarizədə də davam edir”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olub: "Elazığ zəlzələsində də Azərbaycanı yanımızda hiss etdik. Azərbaycana təşəkkür edirik”.

R. T. Ərdoğan qeyd edib ki, dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır: "Bunda ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir. "Barış bulağı” əməliyyatı ilə bir millət, iki dövlət olduğumuzu dünyaya göstərdik”.

"Dağlıq Qarabağ münaqişəsi bizim də məsələmizdir”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti: "Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib”

"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səmimi davranmır”.

Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan Türkiyə Prezidenti deyib ki, sabah Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunacaq: "Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib. Tarixə qaranlıq gecə kimi keçən Xocalı soyqırımını unutmadıq, unutmayacağıq. Xocalı qətliamını bir daha lənətləyirik”.