:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ ölkələri koronavirus səbəbi ilə Şengeni dayandıra bilər

Font

"Avropa İttifaqı ölkələri Şengen Məcəlləsinə uyğun olaraq, insanların sərbəst hərəkətini dayandırmaq və koronavirusun yayılması nəticəsində ictimai sağlamlığa təhdidlər yarandığından müvəqqəti sərhəd nəzarətini bərpa etmək hüququna malikdir”.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

"Amma Avropa Komissiyasının nöqteyi-nəzərindən bu cür hərəkətlər elmi qiymətləndirmələrə əsaslanmalı və Aİ səviyyəsində koordinasiya edilməlidir”, - D.Spinant bildirib.

Çində koronavirusdan ölənlərin sayı 2 660 nəfəri keçib.