:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: “Qardaşım Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikrini eyni ilə təkrar etmək istəyirəm”

Font

"Dünən şəhid olan İbrahim qardaşımıza və ondan öncə də şəhid olmuş digər qardaşımıza Allahdan rəhmət diləyirəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında deyib.

Türkiyə Prezidenti Qarabağın Azərbaycan olduğunu vurğulayıb: "Qardaşım Prezident İlham Əliyev Qarabağ Azərbaycandır deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm”.

R. T. Ərdoğan Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin xeyirli olmasını diləyib, Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəklədiklərini qeyd edib.