:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İntihar edən sevgilisini xilas etmək istəyən oğlan özünü dənizə atıb - TƏFƏRRÜAT

Font

Bakıda qız və oğlan dənizə düşüb.

Hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Sabirabad sakini, 1994-cü il təvəllüdlü Günel Müğdət qızı Rzayeva intihar məqsədi ilə özünü dənizə atıb. Bu zaman qızımn yanında olan sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Zöhrab oğlu Məmmədov onu xilas etmək üçün dənizə atlayıb.

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar. Qızın axtarışları isə davam etdirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.