:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İranla gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya işləri ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib

Font

Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.