:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, saxlanılanlar var-Yenilənib

Font

DTX Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat yayıb
Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Hələlik rəsmi qurumlar əməliyyat barədə məlumat yaymayıb.(apa)