:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir

Font

Səhiyyə Nazirliyi İranda koronavirusun aşkarlanması və 2 nəfərin dünyasını dəyişməsinin Azərbaycandakı epidemioloji duruma təsirinə aydınlıq gətirib.

Nazirliyin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusa qarşı vəziyyət stabildir: "Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub”.