:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Font

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv ediməsi xahiş ediib. B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqlərində seçicilərin iradəsinə təsir edcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səs qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma ilə əlaqədar müvafiq DSK-dan materiallar alınıb və araşdırma materiallarına əlavə edilib: "Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Namizəd tərəfindən təqdim edilən videogörüntülərdə seçicilərin iradəsini əks etdirməyən faktlar aşkar edilməyib. 6 və 7 saylı seçki məntəqələrində isə seçki qanunvericiliyinin tələblərinə cavab verməyən addımlar atılıb. Buna görə də təklif edirəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb, 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.