:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK 3 dairə üzrə müraciətlərin DSK-ya göndərilməsinə qərar verib

Font

MSK-nın bu gün keçirilən 108 saylı Ağstafa seçki dairəsində ilə bağlı müraciətə baxılıb.

Müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Seçki Komissiyasının (MSK) iclasında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

İclasda müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 51 saylı Qusar Seçki Dairəsi üzrə də daxil olmuş şikayət və müraciətlərə baxılıb.

İclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.


MSK daha 5 məntəqənin nəticələrini etibarsız saydı

30 saylı Suraxanı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin də nəticələri videogörüntüyə baxıldıqdan sonra səsə qoyulub və etiibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki məntəqələrində olduğunu qeyd edib:

"Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntəqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.