:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan məhsullarının Azərbaycana ixracı artdı

Font

Ötən ay Gürcüstan Azərbaycana 43 981,5 min dollar dəyərində məhsul ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2019-cu ilin yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 27,6% artım olub.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 16,7% paya sahib olmaqla, Çindən sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.