:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Sədərək” Ticarət Mərkəzi yanır, əraziyə helikopter cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB

Font

Bu dəqiqəyə qədər "Sədərək” Ticarət Mərkəzində1 000kvadratmetrdən çox ərazi yanıb.

Yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerinə helikopter də cəlb olunub.


***

Xəbərə video əlavə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN)"Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, FHN-in"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


***08:07

"Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.Alov güclü olduğundan artıqbir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.