:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulanıb, eyni zamanda dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə "Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə də görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.