:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda metroda qadın özünü qatar yoluna atdı

Font

Bakı metrosunda hadisə baş verib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".