:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Font

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, "Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə də görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.