:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp administrasiyasına digər liderlərlə danışıqlarını dinləməyi qadağan edə bilər

Font

ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər.

Bunu D.Tramp "IHeart" radiostansiyasına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "Bu, onların uzun illər ərzində məşğul olduqları şeydir: sən digər ölkələrin liderlərinə zəng etdiyin zaman insanlar dinləyir. Mən bu təcrübəni tamamilə dayandıra bilərəm".

ABŞ prezidentinin sözlərinə görə, onun danışıqlarını təxminən 25 nəfər dinləyir.