:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın dəmir yolu nəqliyyatında gediş haqqı bank kartı ilə ödəniləcək

Font

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.

Bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən "Visa Cashless Forum”da bildirib.

Onun sözlərinə görə, layihə "Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.

"Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - AMB rəsmisi qeyd edib.