:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

I sinfə qəbulun hansı sənədlərlə aparılacağı açıqlanıb

Font

"Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək".

Bu barədə Təhsil Nazirliyinin "Telegram” səhifəsində bildirilib.

Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir.