:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda 6 yeni piyada keçidi inşa olunacaq - ÜNVANLAR

Font

Bakıda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə yeni 6 yerüstü piyada keçidi layihələndirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilir. Bildirilib ki, keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək.

Sözügedən piyada keçidləri bu ünvanlarda olacaq:

1. M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi).

2. Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanı.

3. Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində.