:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri yeni chat-konsyerj xidmətindən istifadə edə bilər

Font

Bank VTB (Azərbaycan) ilk dəfə olaraq ölkənin bank bazarında Visa Platinum kart sahibləri olan müştərilərinə 24 saat ərzində çat-konsyerj xidməti təklif edir. Bu xidmət kart sahiblərinə qısa müddət ərzində bir sıra gündəlik məsələləri həll etməyə imkan verir:

• İstənilən müəssisələrin əlaqə nömrələrinin axtarışı
• Müxtəlif hadisələr haqqında arayış məlumatın alınması
• Restoranlarda masaların bronlaşdırılması
• Yemək, gül, dərman və s. sifarişi
• Məhsul və xidmətlərin axtarışı
• Səyahətlərin təşkili
• Biletlərin alınması
• Otellərin axtarışı və bronlaşdırılması
• İtirilmiş baqajın qaytarılması üzrə dəstək
• Transfer, yaşayış, avtomobil və digər xidmətlərin icarəsi

Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri üçün çat-konsyerj xidməti pulsuzdur. Kart sahibləri virtual köməkçiyə istənilən vaxtı Viber və Telegram messencerlərində müraciət edə bilər. Çat-konsyerj azərbaycan, rus, ingilis və gürcü dillərində xidmət göstərir. Bu xidmətə qoşulmaq üçün VTB (Azərbaycan)-ın istənilən filialına, eləcə də +99455 2140986 nömrəli WhatsApp və ya bankın saytı vasitəsilə müraciət etmək mümkündür.