:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov: Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyi gündən-günə artır

Font

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 9 saylı Yol İstismarı İdarəsi ilk partiya təşkilatında iclas keçirildi. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyinin gündən-günə artdığını qeyd etdi. Bildirildi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir.
İclasın gündəliyində duran əsas məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 9 saylı Yol İstismarı İdarəsi ilk partiya təşkilatına yeni sədrin təyin olunması məqsədilə ilk partiya təşkilatının İdarə Heyəti üzvləri və partiya fəallarının təklifi ilə İsmayılov Natiq Ağarəhim oğlunun namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə sədr seçildikdən sonra Natiq İsmayılov iclas iştirakçılarına təşəkkürünü bildirərək, ilk partiya təşkilatında işin keyfiyyətinin artırılması üçün səylə çalışacağına söz verdi.
İclasın sonunda 09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərində partiya üzvlərinə fəallıq nümayiş etdirilməsi tövsiyə olundu.