:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Şikarov: Xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşib

Font

03 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatı sədrlərinin toplantısı keçirildi. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri toplantı iştirakçılarının diqqətinə çatdırdı. Səsvermə yolu iclasın gündəliyi qəbul edildikdən sonra gündəlikdə duran əsas məsələ - 09 fevral 2020-ci il tarixində Milli Məclisə növbədənkənar seçkilərə hazırlıqla bağlı müzakirələr başlandı. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib: "Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.
Çıxış edən ilk partiya təşkilatı sədrləri partiya fəallarının seçkilərə yüksək coşqu və həvəs ilə hazırlaşdıqlarını, "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədin - Rauf Asif oğlu Əliyevin inamlı qələbə qazanacağına inandıqlarını ifadə etdilər.