:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK sədri: “Namizəd görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil”

Font

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin seçicilərlə görüşlərini tənzimləmək üçün dairə deçki komissiyalarına (DSK) tapşırıq verib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərin görüşləri üst-üstə düşməməlidir.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin namizədə görüş keçirmək üçün icazə verməyə hüququ yoxdur. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".