:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb

Font

Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.