:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çin XİN: Ölkəmizlə nəqliyyat əlaqələrinin kəsilməsi yolverilməzdir

Font

Çinin xarici işlər naziri Van Yi koronavirusun törətdiyi yeni tipli pnevmoniya səbəbindən ölkə ilə nəqliyyat əlaqələrinin kəsilməsinin yolverilməz olduğunu bildirib.

TASS xəbər verir ki, pakistanlı həmkarı Şah Maxmud Kureşi ilə telefon söhbətində çinli nazir Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, bir sıra ölkələrin Çinlə gediş-gəlişə bütövlükdə qadağa qoyduqlarını xatırladıb:

"Kimlərinsə çətin vəziyyətə düşdüyü bir vaxtda atılan bu kimi addımlar beynəlxalq əməkdaşlıq baxımdan məqbul sayıla bilməz”.