:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan millisinin futzalçısı: "Hakimlərin simpatiyasının qurbanı olduq"

Font

"Bu gün qələbə qazanmaq istəyirdik. Bizim real qol şansımız onlardan çox oldu. Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarada bildik. Hətta qapı durəyini də nişan aldıq. Nə edəsən ki, top qapı xəttini keçmək istəmədi".
"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futzalçısı Bolinya Xorvatiyaya 0:2 hesabı ilə uduzduqları dünya çempionatının elit-raund matçından sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Hücumçu ilk tur qarşılaşmasında sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün Rusiyaya qarşı bu gün keçiriləcək görüşdən kənarda qalıb. O, həmin epizodu belə dəyərləndirib: "Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma nə edək? Meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram".
O, Rusiya ilə matçın da çətin keçəcəyini söyləyib: "Hələ heç nə həll olunmayıb. Şansımız var, amma etiraf edək ki, Rusiya millisi də çox güclüdür”.
Qeyd edək ki, ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə uduzan Azərbaycan millisi bu axşam Rusiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.