:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub

Font

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

Hadisə paytaxtın Nərimanov rayonu, Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.