:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AZAL Çinə uçuşları müvəqqəti dayandırır

Font

"Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bu barədə qurumdan məlumat verilib. Qeyd olunub ki, uçuşların dayandırılması bayramla əlaqədardır:

"Hər il fevral ayında "Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq".