:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsmayıllıda avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı-VIDEO

Font

Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb.

Birlikdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".

Xatırladaq ki, bu gün səhər saatlarında İsmayıllı rayonunda Bakıdan Qəbələyə gedən avtobus qəzaya uğrayıb.

***

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

2/5