:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyədə zəlzələdə ölənlərin sayı 31-ə, xəsarət alanların sayı 1556 nəfərə çatıb

Font

Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 382-si yaralı olmaqla, 1556 nəfər xəstəxanalara müraciət edib.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bundan əvvəl 29 nəfərin öldüyü, 1466 nəfərin də xəsarət aldığı deyilirdi.