:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda dövriyyəyə saxta pul buraxan şəxs saxlanılıb

Font

Bakıda saxta pulu dövriyyəyə buraxan şəxs saxlanılıb.

Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefon alıb.

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyəyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.