:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kestutis Yankauskas: "Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik"

Font

"Seçkilər hər bir ölkədə keçirilən normal prosesdir. Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik".

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib: "Biz Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasından müşahidəçilər dəvət etməsini alqışlayırıq. Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək. Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".