:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır".

Font

Bunu Baş Nazirin müavini Əli Əhmədov Aİ-nın maliyyələşdirdiyi "Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir: "Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".

Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.