:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Bazarstore”un avtomobili naməlum piyadanı vuraraq öldürüb

Font

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə yanvarın 21-də saat 19 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Nicat Abbasov "Bazarstore” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi "Hyundai H 100” markalı avtomobillə hərəkətdə olan zaman yaşlı naməlum kişini vurub. Nəticədə kişi hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.