:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş Nazir İmran Xan bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.

Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İmran Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.

Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə də görüşüb.

Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd Barkındo deyib:

-Cənab Prezident, xatırlayırsınızsa beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü.