:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb

Font

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı ictimailəşdirilib.

Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib.

Artıq Mərkəzi Seçki Komissiyasının saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb.