:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Tottenhem" Çempionlar Liqasına vəsiqə qazansa, Joze Mourinyo 2 milyon mükafat alacaq

Font

İngiltərənin "Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyoya vəd edilən mükafatın məbləği müəyyənləşib.

Bunun üçün London klubu mövsümün yekunlarına əsasən Çempionlar Liqasına yüksəlməlidir.

Bu vəzifənin öhdəsindən gəlinsə, portuqaliyalı mütəxəssis 2 milyon funt sterlinq alacaq. Məsələ ondadır ki, paytaxt təmsilçisi üçün qitənin ən nüfuzlu klub turnirinin daimi iştirakçısına çevrilmək prioritetdir.

Qeyd edək ki, "Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci sıradadır. Londonlular Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki "Çelsi”dən 9 xal geri qalır.