:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hikmət Hacıyev: Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir

Font

Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.

Bunu Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, N.Paşinyan 20 Yanvar şəhidlərini ekstremistlər adlandırıb: "Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı?! O, Soljenitsini faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi".

H.Hacıyev vurğulayıb ki, 20 Yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və şəhidlərin xatirəsi əziz tutulur: "20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.