:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avtomobilindən 4 kq narkotik çıxdı-Bakıda

Font

Bakıda maşından narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, "Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.