:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukraynanın baş naziri istefa verib

Font

Ukraynanın baş naziri istefa ilə bağlı prezidentə müraciət edib.

Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib.

O, bunu "Facebook" səhifəsində yazıb.

Baş nazir deyib ki, Prezident Vladimir Zelenskiyə istefa ilə bağlı ərizə yazıb.

Aleksey Qonçaruk istefa ərizəsi yazmağının səbəblərini açıqlayıb.

O, özünün "Facebook” səhifəsində bildirib ki, son dörd ay ərzində Prezident və komandası çox çalışıb, müxtəlif cəbhələrdə uğurlar əldə olunub.

"Gələn həftə vətəndaşların işlərini asanlaşdıracaq ilk dövlət onlayn xidməti fəaliyyətə başlayacaq, fevralın 1-dən etibarən sahibkarlar üçün əlverişli kredit proqramı təqdim olunacaq. Tibbi Sığorta proqramı qəbul etmişik və aprelin 1-dən etibarən dövlət müəyyən xəstəliklərin müalicə xərclərini tam şəkildə ödəyəcək. 500-dən çox müəssisənin özəlləşdirilməsinə başlanacaq və bu, dövlət büdcəsinə əlavə 12 milyard qrivna gətirəcək. Əsas problem nəhayət dövlət sektorundakı korrupsiyanı aradan qaldırmaqdır. Komandamız layiqli insanlardan ibarətdir. Hökumətin ən üst səviyyəsində korrupsiya yoxdur. Təəssüf ki, bir neçə ay ərzində on illər ərzində qurulmuş cinayət sxemlərini məhv etmək olduqca çətindir. Son günlər hamınız hökumətdəki iclas qeydlərinin fraqmentlərindən yığılmış səs yazısı ətrafında baş verən hadisələrin şahidi oldunuz. Onların məzmunu sünidir. Səs yazısından belə başa düşülür ki, guya mən və komandam liderimiz olan Prezidentə hörmət etmirik. Maliyyə axınlarına çıxış əldə etmək istəyən bir çox təsir qrupları bundan faydalanmaq istəyir. Ancaq bu, doğru deyil. Mən Prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və dürüstlük nümunəsidir. Prezidentə olan hörmət və güvənimi şübhə altına almamaq üçün istefa ərizəsi yazdım”, - deyə o, qeyd edib.