:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb

Font

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

***

Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib.

Plenar iclasda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiyanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqda məsələ müzakirəyə çıxarılıb.

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin plenar iclası açıq elan etdikdən sonra Rusiya Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx çıxış edib.

O, prezident tərəfindən namizədliyi irəli sürülən M. Mişustinin fəaliyyəti barədə danışıb və Dumanın deputatlarından onun Baş Nazir vəzifəsinə seçilməsi üçün icazə verilməsini xahiş edib.

İclasda M. Mişustin də çıxış edib. O, göstərdiyi yüksək etimada görə Rusiya Prezidentİ Vladimir Putinə təşəkkürünü bildirib. M. Mişustin yeni hökumətin rəhbəri vəzifəsində dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə görəcəyi işlərdən danışıb, yeni hökumətin prioritet istiqamətlərini açıqlayıb.

M. Mişustin deputatların suallarını cavablandırıb.

Sonda səsvermə keçirilib. 383 nəfər lehinə səs verib, 41 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Duma M. Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib.